XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 18:40

“Fənərbağça”nın sabiq qapıçısı koronavirusa yoluxub:"Rüştünün vəziyyəti ağırdır"

Bir neçə gün öncə koronavirusa yoluxan Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq qapıçısı Rüştü Rəçbərin vəziyyəti ağırdır.

Bu barədə İspaniyanın “Marca” nəşri xəbər yayıb.

Bildirilib ki, hazırda xəstəxanada olan veteran oyunçunun səhhəti həkimləri narahat edir.

Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanmışdı/Report.