XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 13:40

Teledərslərin aprelin 2-nə olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 2-nə olan cədvəli açıqlanıb.

“Report” xəbər verir ki, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da Fiziki tərbiyə, saat 10:20-də IX sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 11:05-də VIII sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 11:45-də VII sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 12:30-da VI sinif üzrə Biologiya, İngilis dili, Coğrafiya, saat 13:10-da IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, saat 13:40-da isə III sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi fənlərindən dərslər nümayiş olunacaq.

Rus bölməsi üzrə isə saat 14:30-da III sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 15:00-da V sinif üzrə Rus dili, Riyaziyyat, saat 15.30-da VI sinif üzrə Biologiya, Coğrafiya, saat 15:45-də isə VII sinif üzrə Kimya, Biologiya və Coğrafiya dərsləri yayımlanacaq.