XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 09:34

Mehriban Əliyeva Macarıstanın ali ordeni ilə təltif edilib

 

Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın martın 6-da Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai ilə görüşü olub.

Macarıstanın baş naziri Viktor Orbanın ölkəyə rəsmi səfəri çərçivəsində Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi də keçirilib.

Macarıstanın baş naziri mərasimdə çıxış edib.

Viktor Orban ordeni Mehriban Əliyevaya təqdim edib.

Mehriban Əliyeva Viktor Orbana təşəkkürünü bildirib.