Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin ortaq hərbi təlimləri başlayıb.
Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir. Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.
"TURAZ Şahini-2016 " adı altında keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan hərbi hava qüvvələrinin heyəti Konya vilayətinə gəlib.
Ortaq hərbi təlimlər martın 25-ə kimi davam edəcək. Qeyd edək ki, keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı – 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.