XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 20:29

Şəmkirdə 3 nəfər həbs edildi, 109 nəfər cərimələndi- Karantin rejimini pozduqlarına görə

Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Strateq.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən yararlanmağı məsləhət görürlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunauyğun tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 109 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Daha 3 şəxs rayon məhkəməsinin qərarı ilə 10 gün müddətində inzibati həbs edilib.

Qeyd edək ki, tərtib edilən protokollardan 58-i (53,2%) yerində ödətdirilib, nəfər barəsində isə tərtib edilən prtokola baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.