XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2016 - 11:50

NATO təmsilçisi Kəmaləddin Heydərovun nazirliyindən danışdı:"Əməkdaşlıqdan razıyıq"

nato-baku

 

“NATO – Azərbaycan praktik əməkdaşlığının səviyyəsindən razıyıq”.


APA-nın xəbərinə görə, bunu NATO baş ofisinin siyasi məsələlər və təhlükəsizlik şöbəsinin əməkdaşı Steffen Elgersman Bakıda “NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfrans çərçivəsində keçirdiyi təqdimatında deyib.


S. Elgerman bildirib ki, bu həftəsonu fərdi tərəfdaşlıq planının müzakirələri ilə bağlı NATO-dan geniş komandanın gələcəyi gözlənilir. O qeyd edib ki,  NATO Azərbaycanla müdafiə təhsili ilə bağlı islahatların aparılması sahəsində və ANAMA agentliyi ilə sıx əməkdaşlıq edir. Azərbaycanın  NATO-nun müxtəlif strukturlarında çalışan kifayət qədər zabiti olduğunu söyləyən  NATO rəsmisi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın səviyyəsinin qənaətbəxş olduğunu da qeyd edib: “Cənubi Qafqazla əməkdaşlıq hazırda  NATO üçün mühüm əhəmiyyət kəsb edir”.