XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2015 - 19:57

Kəmaləddin Heydərovun oğlu I Avropa Oyunlarından danışdı
“I Avropa Oyunlarının keçirilməsi məsuliyyətinin Avropa idman elitası tərəfindən dövlətimizə etibar edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Avropa ailəsində qazandığı yüksək etimada, həmçinin idman ölkəsi kimi yüksək statusa malik olmasını təsdiq edir”.
Strateq.az APA-ya istinadən, bildirir ki, bu fikirləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tale Heydərov Oksford Universiteti nəşriyyatının Azərbaycanda fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimində deyib.
T. Heydərov qeyd edib ki, Avropa-Azərbaycan əlaqələri uğurla inkişaf edir: “Bugünkü tədbirimiz I Avropa Oyunlarının Bakıda keçirilməsinin hazırlıq mərhələsinin uğurla yekunlaşdırıldığı və Avropa Oyunları məşəlinin doğma respublikamızın bütün rayonlarına yürüşünün təntənə ilə davam etdiyi əlamətdar günlərdə keçirilir. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi göstərir ki, Azərbaycan Avropa ilə əlaqələrini uğurla inkişaf etdirir”.