XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 15:07

Sabah hava necə olacaq? –Proqnoz

Ölkə ərazisində aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-9, gündüz  11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 4-də Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında  duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.