XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 12:53

Sabah hava necə olacaq? –Proqnoz

hava

Sabah Azərbaycanda hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 8-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.