XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 12:10

Sabah hava necə olacaq? –

Aprelin 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a  verilən məlumata görə, səhər duman olacaq, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda  gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 6-da Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.  Arabir duman olacaq. Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 4-9, gündüz  13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8 dərəcə isti olacaq.