XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 19:00

Türkiyənin Müdafiə Nazirliyi:“Son bir ayda 80 terrorçu məhv edilib”

“Son bir ayda Türkiyənin daxilində və xarici sərhədyanı ərazilərindəki əməliyyatlarda terrorçuların 52 səngər, sığınacaq, mağara və anbarları aşkarlanaraq, yararsız hala gətirilib.

FETÖ ilə mübarizə çərçivəsində isə 15 iyul 2015-ci ildən bu günə qədər Türkiyə Silahlı Qüvvələrindən 19203 kadr işindən uzaqlaşdırılıb, 5035 kadrın isə məhkəməsi davam edir”.

Türkiyənin Müdafiə Nazirliyindən verilən son açıqlamada belə bildirilib. Nazirlikdən verilən məlumatda qeyd olunub ki, son bir ayda görülən tədbirlər nəticəsində 80 terrorçu məhv edilib.

Qeyd edək ki, yeni növ koronavirusla əlaqədar Türkiyə MN ilk dəfə olaraq canlı mətbuat konfransı keçirmədən, məlumatları yazılı olaraq paylaşıb.

Məlumatda həmçinin bildirilib ki, nazirliyin nəzdində Türkiyənin milli və hərbi təhlükəsizliyi üçün 24 saat fəaliyyət göstərən planlama, koordinasiya və idarəetmə işləri üzrə COVID-19 Mübarizə Mərkəzi (COMMER) yaradılıb. /APA