XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 13:32

Sabah hava necə olacaq? – Proqnoz

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,  dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti olacaq.