XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 11:42

Azərbaycan Ordusunun yeni heyəti Cənubi Sudana göndərildi –MN-dən açıqlama

BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq Bakıya qayıdıb.

Strateq.az Müdafiə Nazirliyin istinadla xəbər verir ki, 2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib:

“Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycan Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında hərbi qulluqçularımızın yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib”.