XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 May 2015 - 05:33

Azərbaycanda yeni Tibb Universiteti yaradılır SƏRƏNCAM

Strateq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll etmək, 2015/2016-cı tədris ilindən başlayaraq İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.