XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2016 - 16:56

“Akademik Hüquqi Yazı” mövzusunda onlayn konfrans –AMEA-da (FOTO)

amea-konfrans

Mərkəzi Elmi Kitabxanada (MEK) Bakı Dövlət Universitetinin Tələbə Hüquq Jurnalının və Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH” Qruplarının və MEK-in təşkilatı dəstəyi ilə Akademik Hüquqi Yazı mövzusunda onlayn konfrans keçirilib.

AMEA-dan strateq.az-a daxil olan məlumata görə, konfransda tələbələr, AMEA-dan əməkdaşlar və praktiki hüquqşünaslar iştirak edib.

Tədbirə video-konfrans vasitəsi ilə onlayn qatılan ABŞ-ın Kaliforniya Universitetinin professoru Eugene Volok akademik hüquqi yazı haqqında ümumi məlumat verib. 

Hüquqi yazının hüquqşünas üçün əhəmiyyətindən və peşəkar hüquqi məqalə hazırlamaq vərdişlərinin təkmilləşdirilməsində hüquq jurnallarının rolundan danışıb.

Tədbirdə professor E.Volok müəllifi olduğu Academic Legal Writing kitabı haqqında da məlumat verib. Daha sonar professor konfrans iştirakşılarını ABŞ-ın nüfuzlu hüquq jurnallarının materiallarından istifadə üçün abunə qaydaları ilə tanış edib, həmçinin elmi jurnallara göndərilmək üçün məqalələrin tərtibat  üsullarından bəhs edib.

Konfransda çıxış edən BDU Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Konstitusiya Hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Beynəlxalq Xüsusi Hüquq və Avropa Hüququ kafedrasının müəllimi Elnur Aslanov, ADA Universiteti İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin müəllimi Rəşad İbadov tələbələrə öz tövsiyələrini verib, akademik fəaliyyətlə sıx məşğul olmağa çağırıb.