XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 18:56

Ədliyyə Nazirliyi:"Əfv olunan 176 məhkum istirahət mərkəzlərinin birinə yerləşdirilib"

“Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq”. 

Ədliyyə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib.