XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2016 - 17:56

Səhiyyə Nazirliyindəyeni qurum yaradıldı...

oqtay-sireliyev

 

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” dövlət başçısının Fərmanının icrasının təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Strateq.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki,  bu gün Apellyasiya Şurasının ilk iclası keçirilib, qurumun fəaliyyət istiqamətləri və təşkilati məsələlər müzakirə edilib.

Məlumatda qeyd olunub ki, tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.