Qazaxıstanda koronavirusdan daha bir nəfər vəfat edib.
Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanda koronavirusdan ölənlərin sayı 7 nəfərə yüksəlib.
Qazaxıstanda koronavirusa yoluxan xəstələrin sayı 709 nəfərdir.
Xatırladaq ki, martın 16-dan etibarən ölkədə fövqəladə hal elan edilib. Martın 19-dan isə Nur-Sultan və Almatı şəhərlərində karantin rejimi tətbiq olunub. /APA