XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 14:54

UEFA rəsmisi:""2020"dən hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

UEFA gələn il keçiriləcək AVRO-2020-nin təşkilinə yeni şəhərlər cəlb edə bilər.

Bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, təşkilatçı şəhərlərdən hansısa oyunları qəbul etməkdən imtina etsə, başqa variantlar gündəmə gələcək: “İmkanlar elə də geniş deyil. Ya yeni şəhərlər olacaq, ya da matçlar yerdə qalanlar arasında yenidən bölüşdürüləcək. İkinci variant daha az zəhmət tələb tələb edir. Oyunların yenidən bölüşdürülməsi UEFA-nın səlahiyyətindədir”.

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya, Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır/Report