XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 15:16

Daha üç rayon üzrə pensiyalar hesablara köçürüldü –Açıqlama

Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiya ödənişləri də həyata keçirilib. Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (85994 nəfər) bank hesablarına köçürülüb.

Strateq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, sabah Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Ayın 15-də respublikanın digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq: “Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq”.