XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 21:27

Xəzər İbrahim:“Türkiyədə olan azərbaycanlı tələbələrə dəstək göstəririk”

“Türkiyədə təxminən 22 minə yaxın Azərbaycan vətəndaşı olan tələbə var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “ARB-24” kanalına müsahibəsində deyib.

X.İbrahim qeyd edib ki, Azərbaycanın Türkiyədəki səfirliyi daim onların problemləri ilə maraqlanır:

“Türkiyədə 20 yaşdan aşağı olan şəxslərin küçəyə çıxması artıq mümkün deyil. Əgər hansısa əlahiddə bir vəziyyət olan zaman onlar bizə müraciət edirlər. Biz də onlara müvafiq inzibati, hüquqi dəstək göstərməyə çalışırıq və edirik. Onların maddi durumu, qidalanması və yataqxanalarla təmin olunması məsələləri də bizim diqqət mərkəzimizdədir”.