XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 14:29

Deputatların rəy və təklifləri hökumətə təqdim olunub

Milli Məclisin deputatlarının hökumətin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı dünənki plenar iclasda səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Nazirlər Kabinetinə göndərilib.

Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, deputatların hər birinin hökumətin hesabatı ilə bağlı rəy və təklifləri hökumətə təqdim olunub.

Qeyd edək ki, Milli Məclisin dünən – aprelin 9-da keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. İclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib