XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 May 2015 - 09:28

Prezidentin köməkçisi: “ABŞ-ın və Avropanın müxtəlif dairələri sabitliyi pozmaq niyyətindədir”

abs avropa.jpg

“Son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”.

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında deyib. (APA)

Əli Həsənov bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib: “Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlarını atmışdır. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib”.