XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 22:54

Belçikalı virusoloq:"UEFA liqaların ləğvinə müsbət yanaşır"

“UEFA bu mövsüm futbol oynamağın mümkün olmadığını görməyə başladı. Onlarla görüşdən sonra gəldiyim qənaət budur. Qurum liqaların ləğv olunmasına müsbət yanaşır”.

Bu sözləri belçikalı virusoloq Mark Van Ranst Şotlandiya mətbuatına açıqlamasında deyib.

O, qitə futbol qurumunun cari çempionatlarını vaxtından əvvəl başa vurmaq niyyətində olan ölkələri buna görə ittiham etməyəcəyini bildirib: “Liqaların yenidən başlaması üçün 3-4 həftəlik hazırlıq lazımdır. Başa düşürəm, futbol hazırda dünyanın ən önəmli müzakirə mövzularından biridir. Amma indi bu, mümkün deyil”.

M. Van Ranst yalnız final matçlarının azarkeşsiz keçirilə biləcəyini vurğulayıb: “Belə bir şey mümkündür. Amma insanların oyundan əvvəl başqa yerlərdə toplaşmayacağına heç kim zəmanət verə bilməz. Belədə isə həmin qarşılaşmaların da keçirilməsi çətin görünür”.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların vaxtından əvvəl başa çatdırılmasının tərəfdarı olmadığını açıqlayıb/Report.