XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 11:44

“Nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər cərimələnib” –BDYPİ

Ötən gün respublika yollarında xüsusi karantin rejiminin qaydalarını pozanların sayı məlum olub.

Baş Dövlət Yol Polis İdarəsindən Strateq.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11 aprel saat 00:00-dan 12 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.