XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2016 - 09:30

8 mart: öz hüquqları uğrunda mübarizəyə qalxmış qadınların günü –Bayramınız mübarək!

 

8 mart

 

8 mart – 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş gününə və pis iş şəraitinə etiraz olaraq tətil etməsi tarixidir.

Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.1857-ci il hadisələrdən 52 il sonra – 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist hər ilin 8 martının Beynəlxaq Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

 

Strateq.az 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə bütün Azərbaycan xanımlarının bayramını təbrik edir!