XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2020 - 14:46

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı –SİYAHI

korpe.jpgBu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11 687, fevral ayında 11 373, mart ayında isə 6 321 doğum dövlət qeydiyyatına alınıb.

“2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır”, – məlumatda bildirilib.