XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 17:51

“Hindistanda 9125 nəfər koronavirusa yoluxub, 308 nəfər vəfat edib” – Səfir

İndiyədək Hindistanda 9125 nəfər koronavirusa yoluxub, 308 ölüm faktı qeydə alınıb.

Bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.

Səfirin sözlərinə görə, koronavirusa yoluxanladan 857 nəfər sağalıb.

Ölkəsinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə toxunan hindistanlı diplomat martın 25-dən etibarən ölkə səviyyəsində 21 günlük təcridin tətbiq olunduğunu deyib.

O bildirib ki, sosial təcrid ölkədə infeksiyaya yoluxma hallarının gedişinin yavaşlamasına əhəmiyyətli dərəcədə kömək edib: “Təcriddən əvvəl 17 yanvar 2020-ci il tarixindən etibarən ölkəyə bütün giriş yerlərində nəzarət tətbiq edildi. 5 fevral 2020-ci il tarixindən etibarən viza və səyahət məhdudiyyətləri tətbiq edildikdən sonra müvafiq olaraq 11 mart və 19 mart tarixlərində viza və uçuşların təxirə salınması həyata keçirildi”.

Hindistanın Azərbaycandakı səfiri ölkə daxilində tibbi hazırlığın da yüksək səviyyədə olduğunu, xəstəxanalarda reanimasiya şöbələrinin hazır vəziyyətə gətirildiyini vurğulayıb: “Hökumət tərəfindən 17 milyon şəxsi qoruma avadanlığı, 21 milyon N95 maska ​​və 49 000 ventilyasiya aparatı sifariş edilib. Virusu müəyyənləşdirmək üçün ölkə daxilində 223 laboratoriya təşkil olunub”.

Diplomat qeyd edib ki, mənfi təsirlərin azaldılması üçün böhran dövründə yoxsullara və fermerlərə kömək məqsədilə Baş Nazir Narendra Modi 22 milyard ABŞ dolları dəyərində maliyyə paketi ayırıb: “Səhiyyə sektoru üçün 2 milyard ABŞ dolları dəyərində maliyyə və 2.2 milyon tibb işçisini təmin edəcək sığorta planı təqdim olunub”.

Səfir Hindistanın pandemiyaya qarşı qlobal reaksiya tədbirlərində fəal iştirak etdiyini də söyləyib. (apa)