XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 12:58

UNICEF:"117 milyondan çox uşağın sağlamlığı təhlükədədir"

Hazırda dünyanın 24 ölkəsində koronavirus pandemiyası ilə əlaqədar qızılca peyvəndinin vurulması təxirə salınıb.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, peyvəndlərin ertələnməsi 117 milyondan çox uşağa təsir edə bilər.

Açıqlamada həmçinin vurğulanıb ki, qızılca peyvəndinin 50 ildir mövcud olmasına baxmayaraq, sadəcə, 2018-ci ildə 140 mindən çox, əsasən, azyaşlı bu xəstəliyin qurbanı olub/Report.