XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 12:06

Müdafiə naziri Silahlı Qüvvələrdə xidmət edənqadınlarla görüşdü

hasanov_qorush_080316_01

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların bir qrupu ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan qadınlarına təbriki oxunub.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək Silahlı Qüvvələrimizin bütün qadın heyətini bayram münasibətilə təbrik edib və əminliklə vurğulayıb ki, bu gün ölkənin ordu quruculuğunda Azərbaycan qadınının əhəmiyyətli rolu vardır: "Bu gün Silahlı Qüvvələrimizdə bir çox hərbi vəzifələrdə və mülki işlərdə xanımlar məsuliyyət hissi ilə çalışırlar. Onların hərbi xidmətdə əldə etdikləri nailiyyətlər, göstərdikləri fədakarlıq nümunələri çoxdur və bu hamımızda hədsiz qürur hissi doğurur. Əminəm ki, hər zaman olduğu kimi bu gün də Silahlı Qüvvələrdə çalışan, xidmət edən qadınlar dövlətin, xalqın və ordu rəhbərliyinin yüksək etimadını əməli fəaliyyətlərində layiqincə doğruldacaqlar".

General-polkovnik Z.Həsənov çıxışının sonunda qadınları bir daha təbrik edərək onlara cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

Silahlı Qüvvələrin qadın hərbi qulluqçuları adından çıxış edən tibb xidməti leytenantı Aynur Bayramova dövlətimizin rəhbərliyi tərəfindən ölkədə qadınlarının zəhmətinə verilən yüksək dəyəri diqqətə çatdırıb.

Bayram tədbiri Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri solistlərinin ifasında musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatıb.