XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 16:44

Biləsuvarda Şəhidlər Xiyabanında nə baş verib? –DİN-dən yayılan xəbərə reaksiya

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Şəhidlər Xiyabanındakı məzar daşlarının boyanması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edilib.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılıb: “Dərhal polis əməkdaşları hadisə yerinə gediblər. Araşdırma zamanı müəyyən edilib ki, yağan yağışdan sonra məzar daşlarının üzərində ləkələr qalıb. Dərhal da məzar daşları təmizlənib”.

Xatırladaq ki, Biləsuvarda Şəhidlər Xiyabanında məzar daşlarının üzərinin boyanaraq təhqir olunması iddiası ilə sosial şəbəkələrdə videogörüntü paylaşılmışdı/Report.