XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 17:53

Uşaqlara ot yedirdən şəxs cərimələndi –DİN-dən açıqlama

Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

O qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir: “Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İkram Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. O etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub”.

Report