XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2020 - 17:35

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı –Bu tarixədək

Gürcüstanda aprelin 21-dək elan olunan fövqəladə vəziyyətin müddəti mayın 10-na qədər uzadılıb.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 15-dən saat 21:00-dan başlayaraq Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərində bütün hərəkət 10 gün ərzində qadağan olunacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək 296 nəfər koronavirusa yoluxub. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Qonşu ölkədə martın 31-dən ümumi karantin elan olunub. Xüsusi rejim çərçivəsində saat 21:00-dan 06:00-dək komendant saatı da tətbiq edilir/Report.