XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 23:30

Rusiyalı ekspert:"Azərbaycan koronavirus pandemiyasının zərbəsinə tab gətirəcək"

Rusiya və Azərbaycan koronavirus pandemiyasının zərbəsinə tab gətirəcək.

Bunu Trend-ə rusiyalı ekspert İqor Filonenko deyib.

Onun sözlərinə görə, müəyyən çətinliklərə baxmayaraq, bir çox ölkələr bu zərbəyə tab gətirəcək:

“Mən ölkələrin dövlət quruluşlarına görə narahat olmağa heç bir əsas görmürəm. Böyük ehtimalla, bir çox ölkələrdə səhiyyə və fövqəladə hallara reaksiya sahələrində düzəlişlər ediləcək. İndi mürəkkəb vəziyyətdir və bu böhranla mübarizədə müvafiq orqanlara və həkimlərə kömək etmək lazımdır”.

Ekspert bildirib ki, koronavirus pandemiyası paralel olaraq davam edən bir sıra proseslərin katalizatoru rolunda çıxış edəcək:

“Bu baxımdan koronavirusun əhəmiyyəti əvvəlki pandemiyalarla müqayisə oluna bilməz. Mahiyyət etibarilə, bu, sosial münasibətlərdə, ölkələrin bir sıra sahələrdə siyasətində ciddi dəyişikliklər edəcək və bunun nəticəsi olaraq elmi-texniki tərəqqinin inkişafı, yeni texnoloji quruluşa keçid sürətlənəcək. Koronavirus biliklərin paylanması strukturuna və faktiki olaraq iqtisadiyyatın idarə olunmasına birbaşa təsir göstərəcək. Pandemiya ona gətirib çıxaracaq ki, indiyədək maliyyə təşkilatlarının, dövlət orqanlarının funksiyalarının bir hissəsi rəqəmsal təşkilatlara və platformalara keçəcək”.

Onun fikrincə, ölkələrin bu cür çağırış və təhdidlərə birgə müqavimət göstərməyə hazır olması vacib maddədir:

“Biz görürük ki, BMT və ilkin mərhələdə Avropa İttifaqı, digər dövlətlərarası təşkilatlar, yumşaq desək, özlərini itirdilər. Məlum oldu ki, aclıqla, hərbi xarakterli problemlərlə mübarizə üzrə müəyyən mexanizmlər var. İstənilən hərbi münaqişə zamanı dərhal Təhlükəsizlik Şurası toplanır və müzakirələr başlayır, vəziyyətdən çıxış you ilə bağlı tədbirlər görülür. Amma koronavirusda biz gördük ki, BMT kifayət qədər gec reaksiya verdi. Hökumətlərarası orqanlar qlobal birgə səylər göstərilməli lazım olan yerdə öz səmərəliliyini göstərə bilmədi”.

Ekspert xatırladıb ki, pandemiya müddətində bir neçə milyard insan öz evlərində, dörd divar arasında təcrid olundu və bu, həm bütün bəşəriyyət, həm də ayrı-ayrı insanlar üçün vacib təcrübədir:

“Biz indi ciddi deurbanizasiyanın astanasında dayanmışıq. Çoxlu sayda insan pandemiya sayəsində məsafədən işləməyi öyrəndi. Yəqin ki, gələcəkdə distant və əyani təhsilin qarışıq mexanizmi yaranacaq. Həyat tərzi, adətlər dəyişəcək. Bizi çox maraqlı vaxtlar gözləyir. Bəlkə də bu, ailə dəyərlərinin qorunmasına, meqapolislərin sıx məskunlaşmasının azalmasına xidmət edəcək”.