XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 19:31

Leyla Abdullayeva:"İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i etibarsız hesab edir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter”də bildirib.

“İsveçrə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstəyini bir daha ifadə edib. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qeyri-qanuni “seçkilər”ə münasibət bildirən İsveçrənin Xarici İşlər Nazirliyi öz notasında bu “seçkilər”i etibarsız hesab etdiyini bəyan edib”, – deyə XİN rəsmisi qeyd edib.