XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 20:01

“Google”un fəaliyyətində fasilə yaranıb

“Google”un servisləri bu gün bir sıra ölkələrdə qəfildən dayanıb.

“Report” “Down Detector”a istinadən xəbər verir ki, “Google”un axtarış sistemində, “Gmail” e-mail xidmətində, “YouTube” video hostinqində nasazlıqlar baş verib.

Əsas saytın istifadəçilərinin 54 faizi öz akauntuna daxil ola bilməyib, 45 faizinin e-mail ünvanı işləməyib.

“YouTube”də videokliplərin göstərməməsi barədə bir çox müraciətlər var. “Gmail” istifadəçiləri akauntlarına daxil olmaqda, xəbərlərin qəbulunda, bütövlükdə sayta baxmaqda problemlərlə üzləşib.

Müxtəlif nasazlıqlarla bağlı şikayətlər ən çox ABŞ, Yaponiya, Böyük Britaniya, Niderland və Avropanın bir sıra başqa ölkələrindəki istifadəçilərdən gəlir.