XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 04:31

Bu gün qəbul imtahanları keçirilir

Bu gün qəbul imtahanıdır

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi bu gün əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

ANS PRESS-in məlumatına görə, imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirilməlidir. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyentlər imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə də akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları imtahan başa çatdıqdan dərhal sonra səhifəmizdə yerləşdiriləcək.