Gürcütanda daha 6 tibb işçisinin koronavirusa yoluxması təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” kanalına məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxan tibb işçilərinin sayı 16-ya çatıb: “Bu rəqəm artsa, pasiyentləri müalicə edən qalmayacaq”./Report