XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Aprel 2020 - 23:50

Rusiyanın Altay Respublikasında da koronavirus aşkarlandı –Açıqlama

Koronavirusa yoluxma hadisəsi Rusiya Federasiyasının Altay Respublikasında da qeydə alınıb.

Strateq.az Azərtac-a istinadla xəbər verir ki, bu, infeksiyanın olmadığı son region idi.

Altay Respublikası hökumətinin məlumatında koronavirusa Onquday rayonunda bir qadının yoluxduğu bildirilib. Onun əlaqədə olduğu şəxslərin üzə çıxarılaraq müayinə edilməsi istiqamətində iş aparılır.

Altay Respublikasının əhalisi təqribən 218 min nəfərdir.