XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 16:59

AFFA AVRO-2020 ilə bağlı UEFA-ya təsdiq göndərib

Azərbayca0pn Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.

Bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər aprelin 30-dək UEFA-ya göndəriləcək.

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin gələn il keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq görüşlərində Türkiyə, İsveçrə və Uels milliləri mübarizə aparacaq.