XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 18:50

Azərbaycanda olan Türkiyə vətəndaşları təxliyə ediləcək- Səfirlikdən açıqlama

“Azərbaycanda olan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyə edilməsi üçün qarşıdakı günlərdə “Türk Hava Yolları” tərəfindən uçuşlar həyata keçiriləcək”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

“Bu günə qədər Türkiyəyə qayıtmaq istədiyini bildirərək səfirlikdə qeydiyyatdan keçmiş vətəndaşlarımıza uçuşlarla bağlı məlumatlar elektron qaydada, “whatsapp” və ya SMS mesajı ilə bildiriləcək”, – deyə məlumatda qeyd olunub.