XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2015 - 07:12

Obamanın elçisi Moskvaya gəlib: gizli detallar müzakirə olunacaq

Nuland.jpg

ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nuland Moskvaya səfərə gəlib. ABŞ səfirliyindən TASS agentliyinə bildiriblər ki, rəsmi səfər proqramı sabah başlayacaq.

Viktoriya Nuland Rusiya hökumətinin rəsmiləri ilə danışıqlar aparacaq və Minks sazişinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək. Onun Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Dövlət Katibinin bu günlərdə baş tutmuş Soçi görüşündən sonra və Kiyev səfərinin ardından Moskvaya gəlməsi diqqət çəkib.

Təhlilçilərin qənaətincə, son zaman Vaşinqtonla-Moskva arasında intensivləşən təmaslar və səslənən açıqlamalar Rusiya və ABŞ-ın Ukrayana ilə bağlı yaranmış problemlərin çözülməsi üçün hansısa yeni təşəbbüslər üzərində işlədiyini göstərir. Hər halda son günlər Moskva rəsmilərindən daha mülayim açıqlamaların səslənməsi də xüsusi vurğulanır. Ekspertlərə görə, V.Nuland mümkün razılaşmaların detallarını müzakirə etmək üçün Moskvaya təşrif buyurub.

Strateq.az