XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 13:27

“Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcək?- Açıqlama

Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, belə məlumatların heç bir əsası yoxdur: “Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır”.

Qeyd edək ki, bəzi məktəb direktorları tərəfindən “Vurtual məktəb” layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyən müəllimlərə maaş verilməyəcəyinə dair bildiriş göndərilib.