XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2015 - 07:39

Avropa Şurası Nazirlər Komitəsinin sədri dəyişəcək

Avropa_Shurasi.jpg

18-19 mayda Brüsseldə Avropa Şurasının Nazirlər Komitəsinin 125-ci toplantısı keçiriləcək.

AŞ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında əsasən “Avropada demokratik təhlükəsizliyin təmin olunmasında birgə məsuliyyət” mövzusunda müzakirələr aparılacaq.

AŞ-inin Baş katibi Tyorbörn Yaqland “Avropa Şurası məkanında insan haqları, demokratiya, hüququn aliliyinin vəziyyəti haqqında” məruzəsini təqdim edəcək.

Sessiyanın gedişində həmçinin terrorizmə qarşı mübarizə məsələləri mövzusunda fikir mübadiləsi aparılacaq.

Həmçinin nazirlərin 2005-ci ildə qəbul olunmuş «Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasına əlavə protokolu razılaşdırmaları və və terror təhlükəsinin qarşısının alınması ilə bağlı Fəaliyyət Planı haqqında bəyanatla çıxış edəcəkləri gözlənilir.

Bu sessiyada AŞ Nazirlər Komitəsinə sədrlik Belçikadan Bosniyaya və Hersoqovinaya keçəcək. Bosniya və Hersoqovina 2015-ci li noyabr ayına qədər AŞ Nazirlər Komitəsinə sədrlik edəcək.

Strateq.az