XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 00:12

Qazaxıstanda koronavirus:ölənlərin sayı 19-a çatıb

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 19-a çatıb. Ölüm hallarının 2-si Alma-Ata şəhərində qeydə alınıb. 

Bu barədə Fövqəladə vəziyyətin təmin edilməsi üzrə Dövlət komissiyasının nəzdində fəaliyyət göstərən Əməliyyat Qərargahının məlumatında bildirilib.

Qeyd edilib ki, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 1711 nəfərdir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişilə martın 16-dan etibarən ölkədə tətbiq edilən karantin rejiminin müddəti aprelin sonunadək uzadılıb/APA.