XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 10:45

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% azalıb –Milli Turizm Administrasiyası

2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 10,5% və ya 30 712 nəfər azalaraq 262 190 nəfər təşkil edib. 

Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının (GNTA) hesabatında məlumat verilib.

Azərbaycan yanvar-mart ayları ərzində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq Ermənistan (181,720) və Rusiya (172,123) qərarlaşıb.

Məlumata əsasən, təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 2,7 dəfə və ya 73 613 nəfər azalaraq 43 437 nəfər təşkil edib.

Xatırladaq ki, 2019-cu ilin martında Gürcüstana 117 050 Azərbaycan vətəndaşı səfər edib.

Ümumilikdə cari ilin birinci rübündə Gürcüstana səfərlər illik müqayisədə 17,6% və ya 284,459 nəfər azalaraq 1 333 089 nəfər təşkil edib. (apa)