XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2020 - 14:48

Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 75-ə çatdı –Qubernator

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı yenə artıb.

Bunu bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, daha beş nəfərdə koronavirus aşkarlanıb: “Bununla da Kvemo Kartlidə virusa yoluxanların sayı 75-ə çatıb. Halların 52-si Bolnisi, 15-i Marneuli, 8-i isə Rustavi şəhərində təsdiqlənib”.

Qubernator qeyd edib ki, Bolnisidən 95 nəfərin koronavirusla bağlı analiz nümunləri laboratoriyaya göndərilib və cavablar bu günün sonunda məlum olacaq. (report)