XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 15:38

AXCP üzvünə hökm oxundu –Məhkəmə

Salyan rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə Ə.Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Ə.Salayev qonşusu Coşqun Nuriyevə xəsarət yetirməkdə ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham verilib.

Həmçinin Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov Salyan rayon Məhkəməsində barəsində video yaydığı üçün Ə.Salayevin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə barəsində xüsusi ittiham qaydasında cəzalanmasını tələb edib. (report)