XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 18:02

Ermənistanda koronavirus:yoluxan polislərin sayı artıb

Ermənistanda koronavirusa yoluxan polis əməkdaşlarının sayı 10-a çatıb.

“RİA Novosti” xəbər verir ki, bunu Ermənistan polis rəisinin (daxili işlər naziri) müavini Hayk Mqryan aprelin 20-də jurnalisltərə bildirib.

Onun sözlərinə görə, 120 polis əməkdaşı COVID-19-a qarşı mübarizə çərçivəsində özün təcrid rejimində olub: “30 polis təcrid edilib, 20-sinin analizinin nəticəsi mənfi, 10 polis əməkdaşında isə analizin nəticəsi müsbət olub”.

Qeyd edək ki, Ermənistanda 1 339 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb. Ölkədə mayın 14-dək fövqəladə vəziyyət rejimi qüvvədə qalacaq. Aprelin 6-a 6 polis əməkdaşında virus aşkarlanmışdı/Report.