XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 16:49

Küçələrin yuyulmasında istifadə edilən suda koronavirus aşkarlandı – Parisdə

Fransanın paytaxtı Parisdə küçələrin yuyulmasında, həmçinin park və bağçaların sulanmasında istifadə edilən içməyə yararsız suda “koronavirus izləri” tapılıb.

“Euronews” xəbər verir ki, bunu paytaxtın səlahiyyətli nümayəndələri bildiriblər.

Məlumata görə, Parisdə 27 fərqli yerdən alınan nümunələr laboratoriyada incələnib. Sonda 27 nümunədən 4-də koronavirusun izləri aşkarlanıb.

Bununla bağlı şəhərin su idarəsi sözügedən mənbələrə su axınını dayandırıb, ancaq içməli suda riskin olmadığı vurğulanıb.

Qeyd olunub ki, Parisdə içməli su fərqli nöqtələrdən təmin edilir/Report.